DYP “Son zəng”lə bağlı xəbərdarlıq etdi - (VİDEO)

DYP “Son zəng”lə bağlı xəbərdarlıq etdi - (VİDEO)
  14 İyun 2017    Oxunub:3501
Bu gün “Son zəng” tədbirləri ilə əlaqədar tədris müəssisələrinin ətrafında hərəkət intensivliyi nəzərə alınaraq nəzarət gücləndirilib.

Bunu AzVision.az-a Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
DYP rəsmisi bildirib ki, həmin ərazilərdə həm sürücülərin, həm də piyadaların yol hərəkəti qaydalarına əməl etməsinə ciddi nəzarət olunur.

K.Əliyev bundan əlavə valideynlərə də xəbərdarlıq edib: “Əvvəlki illərdə törədilən hadisələri nəzərə alaraq ərazilərdə DYP əməkdaşları tərəfindən ciddi nəzarət var. Bir daha valideynlərin diqqətinə çatdırmaq istəyirik ki, avtomobillərini azyaşlılara idarə etməyə verməsinlər. Çünki bu sonda ağır nəticələrə gətirib çıxarır”.



Anar Kəlbiyev
AzVision.az


Teqlər: DYP   Kamran-Əliyev   Son-zəng  





Xəbər lenti