Londonda iftardan sonra faciə: Ölən və yaralılar var - (VİDEO)

Londonda iftardan sonra faciə: Ölən və yaralılar var - (VİDEO)
  19 İyun 2017    Oxunub:4759
Londonda məscidin yaxınlığında naməlum şəxslər avtomobili kütlənin üzərində sürüb. Bıçaqla silahlanmış şəxs daha sonra avtomobildən düşərək insanlara hücum edib.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində azı bir nəfər ölüb, 8 nəfər yaralanıb.

London polisinin yaydığı məlumata görə, hadisə müsəlmanların iftar mərasimindən sonra məsciddən çıxdıqları zaman baş verib.

London sakinləri kütləyə çırpılan furqonun sürücüsünü tutaraq polisə təhvil veriblər. Bundan əvvəl isə polis avtomobildə olan digər şəxsi saxlayıb.

Hadisənin terror aktı olub-olmaması araşdırılır.



AzVision.az


Teqlər: London  





Xəbər lenti