Düşmənin təxribat qrupunun üzvü ələ keçirilib - (VİDEO)

Düşmənin təxribat qrupunun üzvü ələ keçirilib - (VİDEO)
  21 İyun 2017    Oxunub:16712
İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.
Azərbaycanın Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü ələ keçirilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.



AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Cəbhə   Təxribat  





Xəbər lenti