Müdafiə Nazirliyi ələ keçirilən erməni kəşfiyyatçının görüntülərini yaydı - (VİDEO)

Müdafiə Nazirliyi ələ keçirilən erməni kəşfiyyatçının görüntülərini yaydı -   (VİDEO)
  21 İyun 2017    Oxunub:19200
Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun ələ keçirilən üzvünün foto və videosunu yayıb.
Bu barədə AzVision.az-a müdafiə nazirliyindən məlumata verilib.

“Mən, Zaver Hovanis Karapetyan 16 noyabr 1974-cü ildə Noyemberyan rayonunun Dovex kəndində anadan olmuşam. Hazırda Noyemberyan rayonunun Dovex kəndində yaşayıram.

Mən kənd sakiniyəm. Pul müqabilində ödənişli döyüş növbətçiliyinə cəlb olunuram.
Əlverişsiz hava şəraitindən istifadə edərək yəni yağışlı, dumanlı və havanın qaranlıq vaxtlarından istifadə edərək, Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətinə irəlilədik.

Məqsədimiz Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək olub. Qrupumuzun tərkibində iki nəfər yaralı oldu və digərləri yaralıları götürərək erməni mövqeləri istiqamətinə qaçdılar.

Qrupun digər üzvləri yaralı olan iki əsgəri götürərək Ermənistan mövqeləri istiqamətində hərəkət etdilər. Mən qaça bilmədim. Və gizlənmək qərarına gəldim. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri məni ələ keçirdilər”, - deyə erməni diversant videoda bildirib.

AzVision.az


Qeyd edək ki, iyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib. Bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü ələ keçirilib.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Təxribat  





Xəbər lenti