Ermənilərin yaydığı xəbər yalan çıxdı - VİDEO

Ermənilərin yaydığı xəbər yalan çıxdı - VİDEO
  23 İyun 2017    Oxunub:5002
Müdafiə Nazirliyi təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin 4 hərbçisinin həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Ermənistanın hərbi rəhbərliyi cəbhədəki son itki və uğursuzluqlarına bəraət qazandırmağa və vahimə içində yaşayan erməni əhalisinə azacıq “inam” verməyə hesablanmış uydurma və yalan məlumatdan növbəti dəfə istifadə edib.

Qeyd edək ki, Ermənistan mətbuatı separatçı Dağlıq Qarabağ rejiminin “Müdafiə Nazirliyi”nə istinadla Azərbaycan xüsusi təyinatlılarının guya iyunun 21-dən 22-nə keçən gecə qarşıdurma xəttini keçmək cəhdinin qarşısının alındığı və 4 nəfər itki verərək geri çəkilmək məcburiyyətində qaldığı barədə məlumat yayıb.



Hafiz Əhmədov
AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti