Bu videoya 3 milyarda yaxın insan baxıb - Dünyada yeni rekord

AzVision.az xəbər verir ki, mahnı avtomobil qəzası zamanı həlak olan aktyor Pol Uokerə (Paul Walker) həsr olunub.
“See You Again” treki “Forsaj 7”-nin soundtreklərindən biridir. Pol Uoker filmin çəkilişlərini yekunlaşdıra bilməyib və 2013-cü ildə baş verən qəza zamanı həlak olub.
Qeyd edək ki, “Gangnam Style” “YouTube” tarixində ilk dəfə bir milyard baxışı keçən videodur. Bu 2012-ci ilin dekabrında, klipin çıxmasından 6 ay sonra baş verib. 2014-cü ilin iyununda isə klipə baxış sayları iki milyardı ötüb.
Eldar Tanrıverdiyev
AzVision.az