Səssiz işğal: Ermənilər Gürcüstanı necə ələ keçirir - (VİDEO)

Səssiz işğal: Ermənilər Gürcüstanı necə ələ keçirir - (VİDEO)
  21 İyul 2017    Oxunub:8204
Gürcüstanın “Prime 24” telekanalında ermənilərin necə Gürcüstanın ərazilərini zəbt etməsinə dair süjet yayımlanıb. AzVision.az xəbər verir ki, süjet zamanı tarix elmləri doktoru, professor Quram Marxuliya qeyd edir ki, hazırda Gürcüstan Ermənistan sərhədinin 250 kilometrdən çox hissəsi razılışdaılmayıb.
“Ermənistan tərəfin bundan istifadə edir və müntəzəm olaraq öz sərhədlərinin Gürcüstanın içərilərinə doğru çəkir. Nəticədə bu regionun gürcü əhalisi Ermənistan tərəfdə qalır. Ermənistan tərəfi bu ərazilərdə öz blokpostlarını qurub”, - deyə Marxuliya bəyan edir.

Müəllif qeyd edir ki, hazırda Gürcüstan öz ərazisinin 20%-ni (Cənubi Osetiya və Abxaziya) itirib: “1918-ci ildə biz Lori vilayətini Ermənistana güzəştə getdik. Ermənistan ərazisinin böyük əksəriyyətini tarixi Gürcüstan torpaqları təşkil edir”.

Müəllif, həmçinin Gürcüstan hökumətini Ermənistanın səssiz işğalına son qoymağa çağırır.



Eldar Tanrıverdiyev
AzVision.az






Teqlər: Gürcüstan   Ermənistan  





Xəbər lenti