Fransada meşə yanğınları - 10 min adam təxliyə edildi - (VİDEO)

Fransada meşə yanğınları - 10 min adam təxliyə edildi - (VİDEO)
  26 İyul 2017    Oxunub:1815
Fransanın cənub-şərq ərazilərində başlayan və hazırda 3 min hektar ərazini əhatə edən güclü yanğınlar artıq yaşayış məntəqələrinə çatıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, yanğınlara görə Lond-le-Mor və Kap Benat yaşayış məntəqələrindən təxminən 10 min adam təxliyə edilib. Yanğına qarşı mübarizəyə yanğınsöndürmə xidmətinin 4 min əməkdaşı cəlb olunub.

Fransa hökuməti yanğınlarla mübarizəyə iki əlavə təyyarə ayırması üçün Avropa İttifaqına müraciət edib. Hazırda alovla mübarizəyə 19 xüsusi təyyarə və yanğınsöndürmə xidmətinin iki mindən çox əməkdaşı cəlb olunub.

Yanğınların söndürülməsi zamanl 4 yanğınsöndürən xəsarət alıb. Onlar yüngül yanıq xəsarətləri ilə xəsatəxanaya yerləşdirilib. Sakinlərin təxliyəsini təşkil edən daha 15 nəfər isə tüstüdən zəhərlənib.



AzVision.az


Teqlər: Fransa  





Xəbər lenti