Gülnarənin 1,5 milyard dollarlıq cinayəti – TƏFƏRRÜAT - (VİDEO)
İstintaq materiallarına əsasən 12 xarici ölkə ərazisində mütəşəkkil cinayətkar qrupun 1,394 milyard dollar, 27,1 milyon funt sterlinq və 18,5 milyon frank dəyərində aktivləri aşkarlanıb.
Hüquq mühafizə orqanları əməkdaşları İsveçrədə 777,8 milyon dollar və Koloni şəhərində dəyəri 18,5 milyon dollar olan villa aşkarlayıblar. Cinayətkar qrupun, həmçinin Fransa, Honkonq, İsveç, Böyük Britaniya, Latviya, İrlandiya, BƏƏ, Malta, İspaniya və Rusiyada mülk və pulları olub.
Qeyd edək ki, Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın həbsi xəbəri yayılıb. Məlumata əsasən Kərimovaya qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.
"TASS" agentliyi isə yazır ki, Gülnarə Kərimova 2015-ci ildə saxlanılıb və ona beş il həbs cəzası verilib. Hazırda həbsdə olan Gülnarə Kərimovaya qarşı “külli məbləğdə dövlət əmlakını mənimsəmək, hədə-qorxu ilə pul tələb etmək” maddələri ilə ittiham irəli sürülüb.
Eldar Tanrıverdiyev
AzVision.az