Venesuelada etirazlar: 16 ölü - (VİDEO)

Venesuelada etirazlar: 16 ölü - (VİDEO)
  31 İyul 2017    Oxunub:1750
Son iki gündə Venesuelada müxalifət tərəfindən təşkil olunan etiraz aksiyalarında həlak olanların sayı artmaqdadır.
AzVision.az "TASS"-a istinadən xəbər verir ki, son sutka ərzində etiraz aksiyaları zamanı azı 16 nəfər həlak olub. Hakimiyyətdən narazı olan venesuelalılar küçə nümayişlərinə qoyulan qadağalara baxmayaraq, etirazları davam etdirirlər. Bir çox yerlərdə aksiyalar kütləvi iğtişaşlarla nəticələnib.



Hökumət əleyhinə etiraz aksiyalarının baş qaldırdığı aprel ayından indiyədək həlak olanların sayı 110 nəfəri ötüb, 1400 insan həbs edilib.

AzVision.az


Teqlər: Venesuela  





Xəbər lenti