Ermənistan əhalisinin sayı 15,2 min azalıb - (VİDEO)

Ermənistan əhalisinin sayı 15,2 min azalıb  - (VİDEO)
  31 İyul 2017    Oxunub:3108
Ermənistan əhalisinin sayı 15,2 min nəfər azalıb.
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata əsasən 2017-ci il iyulun 1-də Ermənistan əhalisinin sayı 2 milyon 979 min 9 nəfər təşkil edib. Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 15,2 min nəfər azdır.

Bundan əlavə, Ermənistanda 2017-ci ilin ilk 6 ayında doğulanların sayı 6,6 faiz azalaraq, 17 min 169 nəfər olub. Bu müddət ərzində ölənlərin sayı 2,1 faiz artaraq, 14 min 709 nəfər təşkil edib.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti