Venesuelada iki müxalifət lideri belə qaçırıldı – (VİDEO)

Venesuelada iki müxalifət lideri belə qaçırıldı – (VİDEO)
  01 Avqust 2017    Oxunub:2866
Venesuela müxalifətinin iki lideri qaçırılıb.
AzVision.az “İndependent” nəşrinə istinadən xəbər verir ki, bu barədə müxalifət liderlərinin qohumları məlumat yayıb.

Naməlum şəxslər ev həbsinə məhkum olunan Leopoldo Lopes və Antonio Ledezemanı bilinməyən istiqamətdə aparıblar.

Lopesin həyat yoldaşı hesab edir ki, Nikolas Maduro hər iki müxalifətçinin taleyinə görə birbaşa məsuliyyət daşıyır.

Qeyd edək ki, bu ilin aprel ayından Venesuelada başlayan hökumət əleyhinə üsyanlar nəticəsində 4,9 mindən çox insan saxlanılıb.





Eldar Tanrıverdiyev
AzVision.az





Teqlər: Venesuela   Maduro  





Xəbər lenti