Ermənistanda daha bir hərbçi yaralanıb - (VİDEO)

Ermənistanda daha bir hərbçi yaralanıb - (VİDEO)
  01 Avqust 2017    Oxunub:4832
Bu gün, saat 10:40 radələrində Ermənistanın İcevan rayon tibb mərkəzinə Qeğarkunik vilayətinin Dprabak kənd sakini, 1986-cı il təvəllüdlü müqaviləli hərbçi Armen Mexak Mazlaxanyan köçürülüb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, tibb mərkəzindən verilən məlumata görə, o üz nahiyəsindən yaralanıb.

Məlumatı Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan da təsdiq edib. Onun hansı şəraitdə və necə yaralanması barədə məlumat verilmir.

Qeyd edəki, son zamanlar erməni hərbi qulluqçular arasında münaqişələr artmağa başlayıb. Xüsusəndə məvaciblərini gec alan və buna etiraz edən hərbi qulluqçular ağır bədən xəsarətləri ilə xəstəxanaya göndərilir. Eyni zamanda cəbhədə xidmət etmək istəməyən bir çox hərbçilər bu yolla ehtiyata buraxılmalarını təmin edirlər.



Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   cəbhə   Erməni-təxribatı  





Xəbər lenti