“Rusiyaya qarşı sanksiyalar ləğv olunmayacaq” – Tillerson - (VİDEO)

“Rusiyaya qarşı sanksiyalar ləğv olunmayacaq” – Tillerson  - (VİDEO)
  02 Avqust 2017    Oxunub:3748
Ukrayna üzrə Minsk sazişləri həyata keçirilmədən Rusiya üzərindən sanksiyaların götürülməsi mümkünsüzdür. AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Reks Tillerson bildirib.
“Biz həmişə Minsk sazişlərinin icrasının vacibliyini vurğulayırıq, bu baş verməzsə, Ukrayna ilə bağlı tətbiq edilən sanksiyalarda heç bir dəyişiklik olmayacaq”, - deyə Tillerson vurğulayıb.

O, atəşkəsin əldə olunması istiqamətində aparılan danışıqlar prosesində ABŞ-ın irəliləyişə nail olacağına ümid etdiyini bildirib: “Ukraynanın şərqində zorakılıq dəhşətli səviyyəyə çatıb”.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Tillerson   ABŞ  





Xəbər lenti