Erməni aktivist uzanaraq hakimiyyətə etiraz etdi - (VİDEO)

Erməni aktivist uzanaraq hakimiyyətə etiraz etdi - (VİDEO)
  03 Avqust 2017    Oxunub:1761
Ermənistanda "Sasna Tsrer" qruplaşmasının üzvü Vartan Qeravedyan artıq 13 gündür ki, aclıq aksiyası keçirir.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün siyasi aktivist Vardqes Qaspar Vartan Qeravedyana, o cümlədən "Sasna Tsrer" işi üzrə həbs edilən digər siyasi məhbuslara dəstək məqsədilə etiraz aksiyası keçirib. O, Ermənistanın Ombudsman Aparatının qarşısında uzanmaqla Sarkisyan hakimiyyətinə etiraz edib.

Siyasi aktivist ombudsmandan penitensiar müəssisələrdə siyasi məhbuslara qarşı həyata keçirilən zorakılıq və təzyiqlərin qarşısının alınmasını tələb edib.



Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti