Meydan TV-nin rəhbəri maliyyə mənbələrini açıqlamaqdan niyə qorxdu? - (VİDEO)

Meydan TV-nin rəhbəri maliyyə mənbələrini açıqlamaqdan niyə qorxdu? - (VİDEO)
  04 Avqust 2017    Oxunub:14692
Meydan TV-nin rəhbəri Emin Milli öz saytına müsahibə verərək, erməni şəbəkəsi ilə əlaqələri, onlardan maliyyələşməsi haqqındakı iddiaları yalanlamağa çalışıb.
Əslində bunu etmək çox asan ola bilərdi: Sadəcə, Meydan TV-nin xərcləri və maliyyə mənbələrini şəffaf şəkildə göstərməklə, Emin Milli bütün deyilənlərə son qoya bilərdi. Amma bunu etmək əvəzinə əksinə, özünü bir az da dolaşdırıb və ad çəkmədən hansısa “fondlardan” maliyyələşdiklərini bildirib.

Erməni əsilli jurnalist Onnik Krikorianın onlarla heç bir əlaqəsinin olmadığını deməklə isə Milli özünü lap gülünc vəziyyətə salıb: çünki Krikorianın Meydan TV ilə sıx işbirliyinin olduğunu göstərən faktlar kifayət qədərdir.



AzVision.az


Teqlər: Meydan-TV   Ermənistan  





Xəbər lenti