Əli Həsənovun nəvəsi həbs edildi - (VİDEO)
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti xəbəri nə təsdiq, nə də təkzib edib.
Xatırladaq ki, avqustun 3-də baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan ikisi Türkiyə vətəndaşıdır. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, hadisə zamanı baş nazirin müavini Əli Həsənovun nəvəsi N.Allahverdiyevin idarə etdiyi “Galendewagen” markalı avtomobil Mirməhəmməd İsmayılovun sürdüyü 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobil ilə yarışırmış. Avtoxuliqanlıqda günahlandırılan M.İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib. (Report)
***
Virtualaz.org bildirir ki, xəbəri Baş Prokurorluqdan təsdiqləyiblər. Qeyd olunub ki, qərar Xətai məhkəməsi tərəfindən qəbul edilib.
AzVision.az
Teqlər: Nail-Allahverdiyev Məhkəmə Həbs
eli memmedov 18:18 07 Avqust 2017
NAIL ALLAHVERDIYEV OLDUMU YOXSA YARALANDI BIR BASQA XEBERINIZDE OLDUYUNU BILDIRMISIZ BUGUNSE HEBS OLUNUB YAZILIB