Şimali Koreya ABŞ-ı vuracağı vaxtı açıqladı - (VİDEO)

Şimali Koreya ABŞ-ı vuracağı vaxtı açıqladı  - (VİDEO)
  10 Avqust 2017    Oxunub:10041
Şimali Koreya ABŞ-a zərbələr endirəcəyi vaxtı açıqlayıb.

AzVision.az xəbər verir ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi “KCNA”-nın yaydığı xəbərdə hücumun avqustun ortalarına planlaşdırıldığı bildirilir.
ABŞ prezidenti Donald Trampın xəbərdarlıqlarını “axmaqlıq” adlandıran Şimali Koreya ordusunun sözçüsü bəyan edib ki, Quam adasına planlaşdırılan hücum hazırlıqları avqustun ortalarına qədər tamamlanacaq: “Avqustun ortalarına qədər ABŞ hərbi bazasının yerləşdiyi Quam adasını 4 orta mənzilli raketlə hücum planı tamamlanmış olacaq. Bundan sonra planın həyata keçirilməsi üçün Kim Çen İndən tapşırıq gözləyəcəyik”.



Bundan başqa Şimali Koreyanın ordu generalı ABŞ prezidenti Donald Trampı nəzərdə tutaraq bəyan edib ki, "dəli" ilə normal dialoqa girmək mümkün deyil: “Dəli biri ilə məntiqli bir dialoqa girmək mümkün deyil. Sadəcə həqiqi bir tədbir Tramp üçün təsirli ola bilər”.



Qeyd edək ki, Şimali Koreya-ABŞ gərginliyi sürətli bir şəkildə artmaqdadır. Şimali Koreya bəyan edib ki, heç bir halda nüvə silahlarını və ya balistik raketlərini müzakirə predmetinə çevirməyəcəklər. Həmçinin bu silahaları ABŞ-dan başqa heç bir ölkəyə qarşı istifadə etməyəcəklər. Şimali Koreyadan gələn bu təhdidə ABŞ prezidentini Donald Trampın reaksiyası isə daha sərt olub.

Tramp bəyan edib ki, Pxenyanın nüvə sınaqlarını davam etdirdiyi təqdirdə dünyanın indiyə qədər görmədiyi “atəş və qəzəblə” cavab veriləcək.

Bunun ardından Şimali Koreyanın rəsmi xəbər agentliyi “KCNA” Şimali Koreyanın Sakit Okeanda Amerika Birləşmiş Ştatlarına məxsus Quam adasına hərbi təcavüz planı üzərində işlədiyini açıqlayıb.

Bundan başqa ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə yaranan gərginliyin ardından dövlət başçısı olaraq verdiyi ilk əmrin “nüvə silahlarının” yenilənməsi və modernləşdirilməsi olduğunu açıqlayıb. Tramp vurğulayıb ki, ABŞ-ın nüvə silahları indiyə qədər heç vaxt belə güclü olmayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: ABŞ   Tramp   Şimali-Koreya  





Xəbər lenti