Lerikdə 120 tarixi qəbir aşkarlanıb - VİDEO

Lerikdə 120 tarixi qəbir aşkarlanıb - VİDEO
  11 Avqust 2017    Oxunub:2313
Lerik rayonunda antik dövrə aid yeni tapıntılar aşkarlanıb.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri rayonun Piboztəpə adlanan ərazisində antik dövrün qəbiristanlığında aparılır. Aşkar edilən məzarlıqda 120 insan məzarı üzə çıxıb. Apardıqları tədqiqat işləri zamanı eramızdan əvvəl V əsrə aid olduğu bildirilən qəbiristanlıq və yaşayış yeri aşkarlayıblar.

Arxeoloji qazıntılar aparılan əraziyə yaxın yerdə 2 il əvvəl yaşayış məskəni də aşkarlanıb. Tədqiqatlara amerikalı mütəxəssislər də qatılıb.

Bu gunə qədər 50 belə yer aşkarlanıb. (ARB TV)



AzVision.az


Teqlər: Lerik  





Xəbər lenti