334 mindən çox insan təcili yardım çağırıb

334 mindən çox insan təcili yardım çağırıb
  14 Avqust 2017    Oxunub:1309
Ölkəmizin səhiyyə müəssisələrində daimi yaşayış yeri üzrə əhaliyə tibbi yardım göstərilməklə yanaşı, həmçinin daimi yaşayış yeri məlum olmayanlara da xidmət göstərir.
Səhiyyə Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, bu ilin birinci yarısında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən 334 mindən artıq müraciətdən 190-ı daimi yaşayış yeri məlum olmayanlarla əlaqədar olub.

Bakı Baş Səhiyyə İdarəsinin göstərişinə əsasən keçən ilin iyunundan etibarən daimi yaşayış yeri məlum olmayanlar barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olanda xəstə təcili tibbi yardım briqadası tərəfindən müayinə ediləndən sonra ona ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq və rentgen müayinəsindən keçirilir. Müayinə nəticəsində hansısa xəstəlik aşkarlananda profilə uyğun olaraq üzrə müvafiq tibb müəssisəsinə yerləşdirilir.

Zərurət olanda onu toksikoloji müayinədən keçirərək məsləhətlər verir, ehtiyac yaranarsa dezinfeksiya stansiyasına aparılaraq sanitar təmizləmə tədbirlərindən sonra birləşmiş şəhər xəstəxanalarından birinə yerləşdirilir. Daimi yaşayış yeri məlum olmayanların xəstəxanaya yerləşdirilməsi Bakı Baş Səhiyyə İdarəsinin əvvəlcədən verdiyi qrafikə əsasən aparılır.

Həmçinin, ruhi pozğunluq aşkar ediləndə ərazi prinsipinə əsasən müvafiq psixiatrik xəstəxanaya, vərəm xəstəliyi aşkar edildiyi halda isə vərəm əleyhinə dispanserə yerləşdirilir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi  





Xəbər lenti