Uşaq evlərində oftalmoloji müayinələr keçirilib
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının, mərkəzin Gəncə şəhərindəki regional şöbəsinin peşəkar həkim briqadası tərəfindən müayinələr ödənişsiz qaydada aparılıb. Uşaqlar qlaukoma, katarakta, çəpgözlük, gözün müxtəlif iltihabi xəstəlikləri, göz dibi patologiyası və digər müayinələrdən keçirilib.
Ümumilikdə 30-dan çox uşaq göstərişə uyğun eynək və dərman vasitələri ilə təmin olunub. Əməliyyata ehtiyacı olan xəstələr akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə dəvət edilib.
Qeyd edək ki, RİİB-in dəstəyi ilə müxtəlif regionlarda mütəmadi olaraq tibbi müayinələr təşkil edilir. Bu aksiyaların digər regionlarda da davam etdirilməsi nəzərdə tutulub.
AzVision.az
Teqlər: RİİB