Türkiyədə ağır qəza - 2 azərbaycanlı öldü - (VİDEO)

Türkiyədə ağır qəza - 2 azərbaycanlı öldü -
 (VİDEO)
  15 Avqust 2017    Oxunub:8933
Türkiyənin İğdır vilayətində Naxçıvan sakininin idarə etdiyi avtomobil aşıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.
Məlumata görə, İğdırdan Naxçıvana gedən "85-CV-989" Azərbaycan dövlət nömrəli nişanlı avtomobil Dilucu sərhəd keçid məntəqəsinin yaxınlığında yoldan çıxaraq aşıb. Qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.

Qəza nəticəsində 2 azərbaycanlı qadın həlak olub, 3 nəfər isə yaralanıb. Xəsarət alanlar İğdır şəhər xəstəxanasına yerləşdiriliblər. Ölən və yaralanan şəxslərin adları açıqlanmayıb.



AzVision.az



Teqlər: Türkiyə   Qəza   Azərbaycan   Naxçıvan  





Xəbər lenti