Azərbaycanda polkovnik yol qəzasında həlak olub - (VİDEO)

Azərbaycanda polkovnik yol qəzasında həlak olub - (VİDEO)
  21 Avqust 2017    Oxunub:19482
Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
AzVision.az xəbər verir ki, Bakı-Qazax magistral avtomobil yolunun 435-ci km-də Tovuz rayonu ərazisində “Mercedes” markalı minik avtomobili ilə “MAN” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində “Mercedes”in sürücüsü, Dövlət Gömrük Komitəsinin əməkdaşı, polkovnik-leytenant Kərimov Rafiq Baratəli oğlu həlak olub.

Qəza zamanı xəsarət alan digər şəxs Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Qəza   Tovuz   Gömrük   Polkovnik  





Xəbər lenti