Qazaxıstanda azərbaycanlıya qarşı 2 milyonluq əməliyyat - (VİDEO)
AzVision.az xəbər verir ki, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin yaydığı məlumata görə, sərnişinlərin və yüklərin yoxlanılması zamanı qaçaqmal gətirilməsinin qarşısı alınıb.
Sərhəd yoxlanışı zamanı İstanbuldan Qazaxıstana uçan 1980-ci il təvəllüdlü azərbaycanlının adına qeydə alınan və ümumi çəkisi 48 kq olan iki çantaya baxış keçirilib. Baqajın yoxlanılması zamanı 311 adda sarı və boz rəngli metaldan olan 11 786 ədəd zərgərlik məmulatları aşkar edilib. Onların 32 kiloqramı sarı və 16 kiloqramı boz metal olub.
Qaçaqmalın ümumi dəyəri 2 milyon dollardır. Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Qazaxıstan Azərbaycan