"Ağdam təmsilçiləri Avropanı fəth edirlər"
İlham Əliyev bildirib ki, bu gün “Qarabağ” futbol klubu Avropanın aparıcı klubları ilə yarışır, yarışacaq: "İndi bütün xarici kütləvi informasiya vasitələrində artıq Azərbaycanın “Qarabağ” klubu haqqında xəbərlər gedir. Bu, əlbəttə ki, ölkəmizin təbliğində çox önəmli hadisədir. Yenə də bütün dünya görür ki, Qarabağ Azərbaycan torpağıdır. Yenə də görürlər ki, Ağdam şəhəri işğal altında olsa da, onun təmsilçiləri Avropanı fəth edirlər. Bu, yenə də onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq və onu göstərir ki, biz öz torpağımızda yaşayırıq və hamımız o arzu ilə yaşayırıq ki, torpaqlarımız işğaldan azad olunsun. Və hər bir qələbə, istənilən sahədə hər bir uğurumuz o günü yaxınlaşdırır. Keçən ilin aprel döyüşləri onu göstərdi ki, Azərbaycan istənilən vaxt öz ərazi bütövlüyünü bərpa edə bilər və bu gün hərbi potensial bizə imkan verir ki, biz döyüş bölgəsində bütün vəziyyətə nəzarət edək və öz iradəmizi diktə edək".
AzVision.az
Teqlər: #Prezident #Qarabağ #Ağdam