“Əgər Bakıdayamsa, oyunları mütləq izləyirəm” - Prezidentlə kapitanın dialoqu (VİDEO)

“Əgər Bakıdayamsa, oyunları mütləq izləyirəm” - Prezidentlə kapitanın dialoqu (VİDEO)
  25 Avqust 2017    Oxunub:7811
“Cənab Prezident, Sizə dərin təşəkkürümü bildirirəm. Mən daim futbolçuların içərisindəyəm. Burada millimizin də üzvləri çoxdur. Amma bir çox hissəsi burada deyil. Biz futbolçular göstərdiyiniz diqqətə, qayğıya görə Sizə minnətdarlığımızı bildirmək istəyirik. Biz bu diqqət və qayğını daim hiss edirik. O qədər olur, oyundan qayıdanda aramızda söhbət edirik ki, görəsən bu qələbədən sonra cənab Prezidentin diqqətini cəlb edə bildikmi? Sizinlə görüşmək bizim üçün bir stimuldur. Çox sağ olun ki, bizi qəbul etdiniz”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri prezident İlham Əliyevlə görüşdə “Qarabağ” komandasının kapitanı Rəşad Sadıqov deyib.

Kapitan fikirlərini belə davam etdirib: ““İnter”ə məğlub olandan sonra Sizin bizi qəbul etməyiniz həqiqətən də bizim üçün bir stimul idi. Biz o təcrübə ilə, belə məğlubiyyətlə ilk dəfə idi qarşılaşırdıq, bir növ sınmışdıq. Amma Sizinlə görüş bizim üçün böyük ruh yüksəkliyi oldu və qayıtdıq, üç gün sonra çempionatda vacib oyunda qələbə qazandıq, həmin il yenə çempion olduq, Avroliqa qrupuna düşdük. Həmin qələbə bu yolda irəli atılan addımlardan biri oldu. Biz Sizə dərin minnətdarlığımızı bildiririk. Fikrimi sözlərlə tam çatdıra bilmirəm. Təşəkkür edirəm”.

Prezident İlham Əliyev bildirib: “Təşəkkür edirəm, çox sağ ol. Xahiş edirəm ki, mənim salamlarımı bu gün burada iştirak etməyən futbolçulara da çatdırasınız, həm yığma komandanın üzvlərinə, həm də digər komandanın üzvlərinə. Bilin ki, mən sizin oyunlarınızı imkan daxilində izləyirəm. Əgər Bakıdayamsa mütləq izləyirəm. Dünənki oyunu da izləmişəm. “Kopenhagen”lə birinci oyunu da izləmişəm. Ondan əvvəl Moldova komandası ilə oyunu da izləmişəm və görürəm ki, nəinki nəticə var, gözəl oyun var. Oyun olan yerdə, iradə olan yerdə mütləq nəticə də olacaq. Qayıdıram sənin dediyin o məsələyə. Məhz bu iradə və ləyaqət hesabına siz o ədalətsiz qərardan sonra daha da möhkəm oldunuz. Yəni, bu, sizi daha da ruhlandırdı, sizi yeni qələbələrə apardı”.



AzVision.az


Teqlər: İlhamƏliyev   Prezident   Qarabağ   UCL  





Xəbər lenti