Bu il 115 mindən çox azərbaycanlı İstanbula gedib - (VİDEO)

Bu il 115 mindən çox azərbaycanlı İstanbula gedib - (VİDEO)
  25 Avqust 2017    Oxunub:2561
İstanbul Mədəniyyət və Turizm Müdirliyi bu ilin 7 ayı ərzində şəhərə gəlmiş turistlərin sayını açıqlayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən bildirir ki, 2017-ci ilin 7 ayı ərzində 115.010 azərbaycanlı turist İstanbula səfər edib.

Məlumatda qeyd edilib ki, ötən il İstanbula gələn azərbaycanlı tusitlərin sayı 103.693 olub. Keçən illə müqayisədə bu il İstanbula səfər edən azərbaycanlı turistlərin sayı 11 faiz artıb.

Bu ilin 7 ayı ərzində İstanbula ən çox Almaniya (538.945), İran (427.018), Səudiyyə Ərəbistanından (294.401) turistlər gəlib.



Aytən Zəhra
AzVision.az


Teqlər: İstanbul   Azərbaycan  





Xəbər lenti