Tanınmış aparıcının qətlinin təfərrüatı: "Ona 3-4 milyon pul xərcləmişəm" - (VİDEO)
AzVision.az türk KİV-lərinə istinadən xəbər verir ki, Vatan Şaşmazı sevgilisi, keçmiş maniken Filiz Aker qısqanclıq zəminində qətlə yetirib.
Aktirsanın bir zamanlar eşq yaşadığı iddia edilən iş adamı Şəmsi Dənizər də 1999-cu il 6 avqust tarixində evinə silahlı hücum nəticəsində öldürülüb.
Qeyd edək ki, Türkiyənin tanınmış televiziya aparıcısı, bir çox seriallarda rol alan Vatan Şaşmaz dünən axşam saatlarında qətlə yetirilib. 43 yaşlı teleaparıcının və sevgilisi, keçmiş maniken Filiz Akerin meyiti Beşiktaşda yerləşən məşhur otellərdən birində tapılıb.
Məlumata görə, V.Şaşmaz aralarında düşən mübahisə zəminində sevgilisi tərəfindən odlu silahla öldürülüb. Hadisədən sonra Filiz Aker əlindəki silahla özünü güllələyərək intihar edib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Vatan Şaşmaz "Çocuklar duymasın", "Dudaktan kalbe" kimi məşhur seriallara çəkilib.
Aytən Zəhra
AzVision.az
Teqlər: Vatan-Şaşmaz Qətl Türkiyə