İrəvanda güclü partlayış - Kimyəvi zavod yanıb (VİDEO+YENİLƏNİB)

İrəvanda güclü partlayış - Kimyəvi zavod yanıb (VİDEO+YENİLƏNİB)
  28 Avqust 2017    Oxunub:41144
"Nairit" zavodunun keçmiş əməkdaşı Karine Şahverdiyan Tert.am saytına bildirib ki, zavodun yanan ərazisində kimyəvi maddələr var.
"Hazırda vəzifəsindən uzaqlaşdırılan rəislərdən birinin bölməsi yanır. Orada, əlbəttƏ, partlayıcı maddələr olub"- Karine Şahverdiyan deyib.

Son məlumatlara görə, yanğının qarşısını almaq mümkün olmayıb. Hadisə yerinə əlavə yanğınsöndürmə briqadaları cəlb olunub. Yollar bağlanıb. Yaralıların olduğu deyilsə də, bu barədə məlumat verilməyib.




***
(14:06)

Ermənistanda “Nairit” zavodunda partlayış baş verib.

AzVision.az xəbər verir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, bu gün saat 13:10 radələrində İrəvanın Şenqavit rayonunda “Nairit-1” zavodunun anbarında partlayış olub.

Partlayış böyük yanğına səbəb olub. Hadisə yerinə 6 yanğınsöndürmə briqadası göndərilib.

Bundan əlavə yanğın baş verən əraziyə çoxlu sayda xilasetmə, polis, yanğınsöndürmə və təcili yardım briqadaları göndərilib.

Hazırda yanğın davam edir. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.



Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Partlayış   Zavod  





Xəbər lenti