Bakıda bu il 8 min sərxoş sürücü tutulub - Aralarında xanımlar da var - (VİDEO)
Bu barədə AzVision.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib.
“Sərxoş sürücülərə daha çox sutkanın qaranlıq vaxtında rast gəlinir. Ümumilikdə, sərxoş halda avtomobil idarə edənlər arasında xanımlar da olur”.
V.Əsədov sürücülərin diqqətinə çatdırıb ki, içkili avtomobil idarə edən sürücü həm özü, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradır.
Qeyd edək ki, avtomobil idarə etmək hüququ olan şəxs ilk dəfə içkili halda saxlanılıdıqda 400 manat cərimə və ya 6 aydan 1 ilədək sürücülük hüququndan məhrum edilir. Əgər həmin şəxs cərimə olunduqdan sonra ikinci dəfə içkili halda saxlanılsa, 2 il müddətinə sürücülük hüququndan məhrum edilir. Bununla bərabər ya 400 manat cərimə olunur, ya da 15 günədək inzibati həbs olunur.
Anar Kəlbiyev
AzVision.az