Deputatların yay tətili başa çatdı
"Deputatın statusu haqqında" qanuna əsasən, deputatlara məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət verilib.
Qeyd edək ki, Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3825 manat, sədrin birinci müavini 4050 manat, sıravi deputatlar isə 3150 manat müavinət alıb.
Qanunvericiliyə əsasən Milli Məclisdə komitə iclasları sentyabrın 15-dən başlanacaq. Parlamentin ilk plenar iclasının sentyabrın 30-da keçirilməsi gözlənilir.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis