Quba meşəsində itkin düşən uşaq tapılıb - (FOTO - VİDEO)

Quba meşəsində itkin düşən uşaq tapılıb - (FOTO - VİDEO)
  30 Avqust 2017    Oxunub:13065
Avqustun 28-də Quba rayonunun Əski İqrığ kəndində itkin düşən 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu tapılıb.
Bu barədə AzVision.az-a azyaşlının atası Namiq Əliyev məlumat verib.

"Polis bölməsindən zəng etdilər ki, oğlun tapılıb. Mənə bildirdilər ki, Natiq meşədə olub. Sağ-salamatdır, heç bir problem yoxdur".



N.Əliyevin sözlərinə görə, oğlu Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən tapılıb.



Kənd sakinlərinin sözlərinə görə, 6 yaşlı Natiq meşədə təsadüfən onların qarşısına çıxıb. Bundan sonra FHN-in əməkdaşlarına xəbər verilib.

“Kənd sakinləri Natiqi meşədə tapıblar. Təsadüfən uşaq onların qarşısına çıxıb. Natiq ac və halsız vəziyyətə idi. Sakinlər Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına xəbər verdikdən sonra onu meşədən çıxarıblar. Natiqə su, yemək verilib. Hazırda uşaq halsız vəziyyətdədir. Bədəninin müxtəlif hissələrini həşaratlar dişləyib. Natiq halsız olduğu üçün heç kimlə danışa bilmir. Bir qədər yatsın, sonra atası onu xəstəxanaya aparacaq”.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Quba   İtkin   Meşə  





Xəbər lenti