Lütfi Zadə vəfat etdi - VİDEO

Lütfi Zadə vəfat etdi - VİDEO
  07 Sentyabr 2017    Oxunub:9397
Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə bu gün səhər saatlarında dünyasını dəyişib.
Bu barədə AzVision.az-a Zadə ailəsinin yaxın dostu Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova məlumat verib.

Bildirib ki, Lütfi Zadə səhər saat 07:30 radələrində 97 yaşında vəfat edib.



"2 ay mən onun yanında olmuşam və bir övlad kimi maksimum qayğı göstərmişəm. Sentyabrın 5-ə kimi özünü yaxşı hiss edirdi, hətta bizim onunla birgə layihəmizlə bağlı məsləhətlər verirdi, bəzi vacib e-mailləri cavablandırmaq üçün mənə diktə edirdi. Sentyabr ayının 5–də Zadə danışmadı və bu gün rahat və ağrısız dünyasını dəyişdi. Lütfi məndən xahiş etdi ki, onu müsəlman qaydası ilə, cənazə namazı qılmaqla dəfn etsinlər.

Mən əminliklə deyirəm ki, professor Lütfi Zadə Azərbaycanı çox sevən, gündəlik Azərbaycanla maraqlanan, azərbaycanlı olması, Bakılı olması ilə fəxr edən böyük bir insan idi. Onun əziz xatirəsi nəinki Amerika, Avropa, Azərbaycan, və digər elmi cəmiyyətlər üçün də onun elmi istiqaməti, nəzəriyyələri, tətbiq sahələri ilə işləyən və işləyəcək alimlərin qəlbində əbədi qalacaqdır".

Qeyd edək ki, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakı şəhərində Rəhim Ələsgərzadənin ailəsində dünyaya gəlib.

Lütfi Zadə bir müddət əvvəl Azərbaycanda dəfn olunmasını vəsiyyət edib.

Hafiz Əhmədov
AzVision.az



Teqlər: Lütfi-Zadə  





Xəbər lenti