ABŞ Qarabağa 1,5 milyon dollar vəsait ayıracaq - (VİDEO)
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ABŞ Konqresi konqresmen Delfid Valadaonun Dağlıq Qarabağda qanunsuz mina təmizləmə əməliyyatlarına əlavə vəsait ayrılmasına dair təşəbbüsünə razılıq verib.
Konqresmenin məruzəsinə əsasən, artıq Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən HALO TRUST tərəfindən minalanmış sahələrin 90 faizi təmizlənib.
Təşkilatın qiymətləndirməsinə görə, 2020-ci ilədək Dağlıq Qarabağın minalardan tam təmizlənməsi üçün əlavə 8 mln dollar vəsait tələb olunacaq.
Xatırladaq ki, Birləşmiş Ştatlar erməni lobbisinin təsiri nəticəsində 2000-ci ildən etibarən davamlı olaraq HALO TRUST təşkilatına böyük maliyyə vəsaitləri ayırıb.
Alpər Mövludoğlu
AzVision.az
Teqlər: ABŞ Qarabağ Ermənistan