Binəqədi-Biləcəri yolu 2 gün bağlı olacaq

Binəqədi-Biləcəri yolu 2 gün bağlı olacaq
  11 Sentyabr 2017    Oxunub:2287
Yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq sentyabr ayının 12-dən 13-nə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi-Biləcəri yolu (4-cü qapı küç.) ilə kəsişməsindən Biləcəri-Baksol yolunun kəsişməsinədək olan hissəsində 2 gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.
Bu barədə AzVision.az-a “Azəravtoyol” ASC-dən məlumat verilib.

“Göstərilən müddət ərzində sürücülər alternativ olaraq Biləcəri-Baksol, Binəqədi-Biləcəri (4-cü qapı küç.), Xırdalan-Binəqədi-Balaxanı, Binəqədi-Mehdiabad avtomobil yollarından, həmçinin Binəqədi və Biləcəri qəsəbələrinin daxili yollarından istifadə edə bilərlər”, - deyə məlumatda vurğulanıb.

AzVision.az


Teqlər: yol   təmir  





Xəbər lenti