8 ayda 40 nəfəri ilan sancıb - (VİDEO)

8 ayda 40 nəfəri ilan sancıb - (VİDEO)
  12 Sentyabr 2017    Oxunub:3435
Təcili tibbi yardıma ehtiyacı olan 220 nəfərdən artıq yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilərək müvafiq xəstəxanalara yerləşdirilib. AzVision.az xəbər verir ki, bunu Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimin müavini İradə Əliyeva deyib.
Onun sözlərinə görə, yay mövsümü başlanandan ilan sancması ilə bağlı 40 müraciət daxil olub və 39 halda hospitalizasiya icra edilib.

"Bunlardan 6 nəfəri uşaqdır və hamısı hospitalizasiya edilib. Pediatrik reanimasiya briqadaları tərəfindən küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 500-dən artıq körpə Respublika Perinital Mərkəzində və K.Fərəcov adına Elmi Tədqiqat Pediatriya İnstitutunda hospitalizasiya edilib".



Aytən Zəhra
AzVision.az


Teqlər: Təcili-yardım   ilan  





Xəbər lenti