Sosial sığorta ehtiyatından istifadə qaydası təsdiqləndi

Sosial sığorta ehtiyatından istifadə qaydası təsdiqləndi
  12 Sentyabr 2017    Oxunub:2303
Prezident İlham Əliyev “Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın və “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
AzVision.az-ın məlumatına görə, Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin, fərmandan irəli gələn digər məsələləri həll etsin.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə bəzi normativ hüquqi aktları bir ay müddətində təsdiq edib, onların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə prezidentə məlumat verməlidir.

AzVision.az


Teqlər: #İlhamƏliyev   #Sosialsığorta  





Xəbər lenti