Saakaşvili Ukraynada qaldığı oteldən yoxa çıxıb - (VİDEO)

10:30   13 Sentyabr 2017    Oxunub: 1166
Saakaşvili Ukraynada qaldığı oteldən yoxa çıxıb  - (VİDEO)

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili gecə yarısı Lvovdakı oteldən çıxıb və geri dönməyib. Bu barədə AzVision.az “Unian”-a istinadən xəbər verir. Saakaşvilinin vəkili bəyan edib ki, onun harada olduğunu dəqiq bilmir, lakin o Çernovçaya gedə bilər.

Hüquq mühafizə orqanlarında olan mənbə isə bəyan edib ki, siyasətçi vilayət ərazisini tərk etməyib.

Daha əvvəl Saakaşvilinin cangüdənləri jurnalistlərə bildirmişdilər ki, o heç hara getməyə hazırlaşmır və gecəni Lvovdakı oteldə qalacaq. Lakin Saakaşvili oteli tərk edib. Cangüdənlər bəyan ediblər ki, siyasətçi işlərinin dalınca gedib. Buna baxmayaraq, mikroavtobus otelə qayıdıb, lakin jurnalistlər Saakaşvilinin rəhbəri olduğu nümayəndə heyətini görməyiblər. Otel işçiləri də Saakaşvilinin geri qayıtmadığını təsdiqləyiblər.



Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Saakaşvili   Ukrayna    




Rubrikanın digər yazıları