Polis bankomatı yaranları iş başında tutdu
Nazirlikdən bildirilib ki, saxlanılan şəxslər hadisədən bir neçə gün əvvəl həmin bankamatın yanına gələrək müşahidə aparıblar. Hadisə günü isə onlar özləri ilə lazımı avadınlıqlar götürərək bankamatın içində olan seyfi qıraraq oğurluq etməyə cəhd göstəriblər.
Dəstə üzvləri saxlanılan zaman onların yaşadıqları ünvanlardan qeyd edilən cinayət hadisəsini törədən zaman istifadə etdikləri dəmir alətlər maddi sübut kimi aşkar olunaraq götürülüb. Faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir.
AzVision.az