Meşə yanğınlara səbəb nədir? - Nazirlik açıqladı

Meşə yanğınlara səbəb nədir? - Nazirlik açıqladı
  13 Sentyabr 2017    Oxunub:2681
“Bu il Azərbaycanda 6 meşə yanğını hadisəsi olub. Bunlar Xızı, Şirvan, Şabran, Şəki, Oğuz və Qəbələ rayonlarında olan meşə yanğınlarıdır. 5 rayondakı yanğınlarda meşə fonduna o qədər də ciddi ziyan dəyməyib. Qəbələdəki meşə yanğınları ilə bağlı isə xüsusi komissiya yaradılıb və ciddi araşdırma aparılır”.
Bu sözləri AzVision.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib. O bildirib ki, meşə yanğınları odla ehtiyatsız rəftar və taxıl biçinindən sonra kövşənlərin yandırılması nəticəsində olur.

“Bu il yay xüsusilə quraq keçdi. Həmçinin meşə fondu torpaqları digər istifadəçilərin torpaqları ilə həmsərhəddir. Ona görə də cari ildə baş verən yanğınlar əsasən taxıl biçinindən sonra kövşənlərin yandırılması və odla ehtiyatsız rəftar nəticəsində baş verib. Ümumiyyətlə, dünyada baş verən yanğınların 65 faizi odla ehtiyatsız rəftar nəticəsində baş verir. Azərbaycanda mövcud meşələrin 85 faizi dağlıq zonalarda, 15 faizi aran zonalarında yerləşir və əsasən də enliyataqlı meşələrdən ibarətdir. Belə halda qeyd etmək lazımdır ki, bizim meşələr kifayət qədər rütubətli meşələrdir və dağlıq bölgələrdə yerləşdiyi üçün orada öz-özünə alışma halları minumumdur. Meşələrdəki yanğın sadəcə odla ehtiyatsız rəftar, atropogen təsir nəticəsində baş verib”.

S.Salmanov qeyd edib ki, Azərbaycandakı meşə yanğınları aşağı və zəif intensivlidir. “5 rayondakı meşə yanğınlarında əsasən ot örüyü yanıb və meşə fonduna ciddi ziyan dəyməyib. Qəbələdəki hadisə isə araşdırılır və bu zaman tələb edən məsələdir. Bundan əlavə, meşə yanğınları nəticəsində heyvanlar öz yuvalarını tərk etməsinə səbəb olub”.

Aytən Zəhra
AzVision.az



Teqlər: meşə-yanğınları   ETSN  





Xəbər lenti