6 yaşlı Yusifin köməyə ehtiyacı var

6 yaşlı Yusifin köməyə ehtiyacı var
  13 Sentyabr 2017    Oxunub:1596
Bakı "Şanxayı”ında (Keşlə qəsəbəsində yerləşən Pəhləvan Fərzəliyev küçəsi) qatar qəzası keçirən və ayaq nahiyyəsindən ciddi zədə alan 6 yaşlı Yusif Qasımovun anası Elnurə Həsənova AzVision.az vasitəsi ilə dövlət qurumlarına və Azərbaycan vətəndaşlarına səslənib.
E. Həsənova oğlunun vəziyyətinin yaxşı olmadığını, əməliyyat üçün maddi durumlarının aşağı olduğunu deyib.

“Oğlum Sabunçu rayonunda yerləşən 3 nömrəli xəsətxanada bir dəfə əməliyyat olub. Hazırda isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundadır. Bundan sonra da 3 dəfə dəri əməliyyatı həyata keçirilməlidir. Hazırda bronxlarında problemlər var. Birinci əməliyyatından sonra soyuq olub. Sinəsinə bəlğəm yığılıb. Belə vəziyyətdə narkoz vermək olmaz, boğula bilər. Buna görə də onun sağalmağını gözləyirlər ki, narkoz verəndə hansısa problemlə qarşılaşmasınlar.

Hər 3 –ü bahalı əməliyyatlardır. Həyat yoldaşım hərbiçidir. Kirayə qalırıq. Maddi imkanımız heç cür yol vermir ki, uşağın əməliyyatlarını qarşılayaq. Dərmanlarının birini alanda, birini çatdırmırıq. Bahalı əməliyyatlardır.

Başda cənab prezidentimiz olmaqla, birinci xanımdan, Leyla Əliyevadan, hörmətli millət vəkillərindən, mərhəmətli Azərbaycan vətəndaşlarından bir ana kimi müraciət edib xahiş edirəm ki, bizə yardım etsinlər. Uşağımızın yanında gözü kölgəli qalmaq istəmirik".

Qeyd edək ki, hadisə avqustun 26-da baş verib. 6 yaşlı Yusif Qasımov qatarın vurnması nəticəsində ayaq nahiyəsindən ciddi zədə alıb.

Kömək etmək istəyən şəxslər 051-886-13-75 nömrəsi ilə əlaqə saxlaya bilər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: #Bakı  





Xəbər lenti