"Apreldə Azərbaycanı nə rus, nə də silah dayandırıb": Erməni kəşfiyyatçısından etiraf
“Əgər o, belə bir bəyanat veribsə, demək yaxşı təsəvvür edə bilmir ki, azərbaycanlılar şimalda və cənubda özlərinə lazım olan mövqelərə çıxıb, dayanmışdı. Onları nə rus, nə də silah dayandırıb. Onlar öz komandirlərinin əmrlərinə əsasən dayanıblar. Çünki gücləndirmə məqsədilə Ağdam və Əsgəran istiqamətindən qoşunları çıxardaraq şimal və cənuba aparacağımızı düşünürdülər. Lakin, bu baş vermədi, ona görə ki, Qarabağa 5-7 min könüllü döyüşçü axını etdi və buna ehtiyac qalmadı. Unutmaq olmaz ki, Azərbaycana silah tədarük edən ən böyük ölkə Rusiya Federasiyasıdır.”
Vardanov Ermənistanda daxilində Rusiya meyilli şəxslərə “cənablar vazelin və sabun var. Bundan faydalanın”- deyə cavab verib.
Alpər Mövludoğlu
AzVision.az
Teqlər: Ermənistan Dağlıq-Qarabağ Erməni-təxribatı