“Made in Azerbaijan” brendinə maraq böyükdür
İqtisadiyyat Nazirliyindən AzVision.az-a verilən məlumata görə, sərginin ilk 2 günü ərzində Rusiya Federasiyası və tədbir iştirakçısı olan digər ölkələrin 1000-dən şirkətinin nümayəndəsi Azərbaycan pavilyonunu ziyarət edib.
“Made in Azerbaijan” vahid ölkə stendini ziyarət edən xarici şirkət nümayəndələri yerli məhsullarımız, onların istehsal və hazırlanma texnologiyası, ixrac imkanları ilə maraqlanıb, əməkdaşlığa dair müzakirələr aparıblar.
Qeyd edək ki, Azərbaycanın eksklüziv partnyor olduğu “Worldfood Moscow” Sərgisində ölkəmizin 30-dan çox ixracatçı şirkətinin istehsalı olan meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qidalar nümayiş olunur.
AzVision.az
Teqlər: Moskva Rusiya Azərbaycan