ANAMA-dan
AzVision.az-a verilən məlumata görə, yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Şurabad kəndi ərazisində 2 əkin sahəsinə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 922 ədəd partlamamış hərbi sursat (PHS), 25 ədəd partlamış-yanmış mərmi qalıqları götürülüb, nəticə etibarilə 1 373 194 kv.m (137.32 ha) ərazi yoxlanılıb.
Ümumilikdə, 18 gün ərzində 5 237 ədəd partlamamış hərbi sursat (PHS), 3 137 ədəd partlamış-yanmış sursat qalıqları və 4 696 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 32 301 953 kv.m (3 230.20 ha) ərazi yoxlanılıb.
AzVision.az