Sabah 164 945 şagird 1-ci sinfə gedəcək

Sabah 164 945 şagird 1-ci sinfə gedəcək
  14 Sentyabr 2017    Oxunub:1927
Sabah Azərbaycanda yeni tədris ili başlayır. AzVision.az xəbər verir ki, sabah 2017/2018-ci tədris ilində ölkə üzrə 164 945 nəfər şagird I sinfə gedəcək. Ötən illə müqayisədə I sinifə gedən şagirdlərin sayında artım var. Belə ki, 2016/2017-ci tədris ilində birinci 164 033 nəfər şagird ilk dəfə məktəbə qədəm qoymuşdu.
Bu il bütün mənbələr hesabına 71 məktəb inşa edilib. Həmin məktəblərdən 61-i modul tipli məktəbdir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 az komplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur.

Yeni tədris ili üçün 12 məktəb binası əsaslı, 460 məktəb cari təmir edilib, 24 məktəb binasında isə cari təmir işləri davam etdirilir. 1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib. Üç ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub.

AzVision.az

Aytən Zəhra
AzVision.az


Teqlər: Şagird   Məktəb   Təhsil  





Xəbər lenti