"AÇG"də hasil edilməmiş 500 milyon ton neft var
Ölkə başçısı qeyd edib ki, 1992-ci ildə AXC-Müsavat hakimiyyəti dövründə ölkədə anarxiya yaşanıb:
"1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlayıb. Bununla yanaşı, Ermənistan torpaqlarımızın böyük hissəsini işğal etmişdi. Belə ağır vəziyyətdə xalq Heydər Əliyevi dəvət etdi. O dövrdə xarici investorları cəlb etmək tarixi nailiyyət idi. Bu, böyük məharət tələb edirdi. İndi Azərbaycan öz hesabına yaşayan ölkələrdəndir. Ölkəmizin gələcək inkişafı üçün siyasi, iqtisadi və ya başqa maneə yoxdur. Ölkəmiz bundan sonra uğurla inkişaf edəcək. Bu potensialın formalaşmasında "Əsrin müqaviləsi"nin böyük rolu var. Biz müstəqil siyasət aparan, heç kimdən asılı olmayan ölkəyik. Bu, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanı da bizə "Əsrin müqaviləsi" yaratdı”.
AzVision.az
Teqlər: İlham-Əliyev