“İşğal olunan 5 rayon Azərbaycana qaytarılmalıdır” – Duqin - (VİDEO)
Onun sözlərinə görə, Ermənistan Qarabağa nəzarət edir, lakin həm Rusiya, həm də dünya birliyi, Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Problemin hərbi yolla həlli yoxdur. Lakin biz irəli getməli olduğumuz ana yaxınlaşmışıq”.
Duqin eyni zamanda, Azərbaycanın gücləndiyini və regionda güc balansının dəyişdiyini də etiraf edib: “Bəli, Ermənistan Rusiyanın dostu, tərəfdaşıdır, lakin Rusiya Azərbaycanı da dost və tərəfdaş kimi qəbul edir. Ölkələrin hərbi sahə də daxil olmaqla, yaxınlaşması prosesi gedir. Lakin Azərbaycanla dostluq Ermənistana qarşı deyil. Bu belə və ya əksinə qəbul oluna bilməz. Qarabağ münaqişəsinin nizamlanması yolu? Ermənistan, şübhəsiz Azərbaycana işğal olunan beş rayonu qaytarmalıdır. Təkrar edirəm, biz irəli getməliyik”.
Vüsal Məmmədov
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Rusiya Azərbaycan Duqin