Ermənilərin hərbi maşını aşdı - Yaralılar var (VİDEO)

Ermənilərin hərbi maşını aşdı - Yaralılar var (VİDEO)
  15 Sentyabr 2017    Oxunub:5366
Dünən saat 21:55 radələrində Şirak vilayətinin Sarnaxpyur kəndi yaxınlığında Ermənistanın Müdafiə Nazirliyinə məxsus “ZİL-131” və 34-AL-117 dövlət nömrə nişanlı “Opel Vectra” markalı avtomobillər toqquşub.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, "ZİL-131" avtomobilini 1974-cü il təvəllüdlü A.E, digər avtomobili isə 1987-ci il təvəllüdlü R.B idarə edib.

Nəticədə “ZİL-131” yolun hərəkət hissəsindən kənara çıxaraq, 20 metr dərəyə yuvarlanıb. "ZİL-131"-in sürücüsü və 1960-cı il təvəllüdlü sərnişinə yerli əhali tərəfindən kömək edərək avtomobildən çıxarıblar.

Gümrü tibb mərkəzinə təxliyyə edilən hərbi maşının sürücü və sərnişinin vəziyyəti kafi, digər avtomobildə olan sərnişinlərin isə vəziyyəti ağır olaraq qiymətləndirilib.

Qeyd edək ki, "ZİL-131" markalı avtomobildə yaralanan şəxslər müddətdən artıq hərbi qulluqçular olub.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti