“Turan” agentliyinə qarşı vergi sanksiyası ləğv edildi - (VİDEO)
Departament bu qərarı kameral yoxlamanın yekunu əsasında qəbul edib və agentliyə bu barədə rəsmi rəsmi məktubla məlumat verib.
Qeyd edək ki, bir müddət əvvəl Vergilər Nazirliyi “Turan İnformasiya Agentliyi” MMC-də yoxlama aparıb. Vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədi ilə aparılan səyyar vergi yoxlamasının nəticələrinə əsasən, xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanmışdı.
AzVision.az
Teqlər: Vergilər-Nazirliyi