Nazir oğlunun ölüm səbəbi məlum oldu - (VİDEO)

Nazir oğlunun ölüm səbəbi məlum oldu - (VİDEO)
  16 Sentyabr 2017    Oxunub:16339
Xəbər verdiyimiz kimi, ötən gün Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu Rövşən Camalov Türkiyədə özəl xəstəxanaların birində dünyasını dəyişib.
AzVision.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, R.Camalov uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Nazir oğlunun həyatını xilas etmək mümkün olmayıb. Nəticədə ötən gün Türkiyədəki xəstəxanaların birində dünyasını dəyişib.

44 yaşlı Camalov dövlət sektorunda çalışmayıb. Onun Bakıda özəl biznesi olub.



AzVision.az


Teqlər: Yavər-Camalov  





Xəbər lenti